CƏHƏNNƏM RƏHMƏTDİR!

“ƏR-RAHMƏN-İR “RƏHİM”in mənalarından başqalarına gəlincə...

Bu mövzuya daha əvvəl “bismillah”ın izahında toxunmuşduq... Burada da başqa tərəfi ilə işarə edək:

“ƏR RƏHMAN” Odur ki...

Mütləq “rəhmət” sahibi olaraq, bütün mənaları, varlığından varlığı ilə meydana gətirir..

“RƏHMƏT” “zati”“sıfati” olaraq ikiyə ayrıldığı kimi, “Rəhməti ammə” “Rəhməti xassə” kimi də müşahidə edilir.

“Rəhməti-Zati” bütün varlıqların zatının ancaq və yalnız Allah adı ilə işarə edilənin Zatı ilə qaim və var olmasıdır ki, buna görə, var olan hər şeyin “Allahın rəhmətinə” yetişmişliyindən, danışılır.

“Rəhməti-Sıfati” isə, varlıqlarda zühur edən bütün mənaların orijinalının (tərkibilikdən söhbət getmədən) “ALLAH” adlarının işarə etdiyi xüsusiyyətlərə əsaslanmasıdır.

“Rəhməti-ammə”nin xüsusiyyətlərindən biri də bu yayılmış rəhmətdir ki, bu “rəhmət” nəticəsi, ölümdən sonrakı həyatda, bütün İnsanların əzabları, bir gun gələr sona yetər... Əbədi olaraq, cəhənnəm mühitində qalsalar belə!.. “Rəhman”ın rəhməti cəhənnəmdəkilərə belə yetişər!..

Bir qisim İnsanların “əbədi olaraq cəhənnəmdə qalacaqlarına” dair Qurani-Kərimdə hökm olmasına baxmayaraq, əbədi olaraq əzab çəkəcəklərinə dair bir açıqlama mövcud deyil!

Bax, bu da “Rəhməti-ammə” yəni, yayılmış rəhmət iqtidasıdır...

Burada “rəhməti” nəql edərkən, çox qarşılaşdığımız bir sualın da cavabını tez verməyə çalışaq...

- Madam, Allah rəhmət sahibi, elə isə, nə üçün cəhənnəm yaradılmış?....

Demək olar ki, bənzər suallar bir çox İnsanın ağlını qarışdırır...